Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
“Sitat.ino” xəbər verir ki, “Braqa” öz meydanında “Frayburq”u qəbul edəcək, “Nottingem Forest” isə “Aston Villa” ilə üz-üzə gələcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 7-də baş tutacaq.