Əməkdar artistin bacısının evi qarət olundu

11:52 8 May 2026

Əməkdar artist Mətanət İsgəndərlinin müğənni bacısı Sədaqət İsgəndərlinin evi qarət olunub.

Sitat.info xəbər verir ki, bu barədə Mətanət İsgəndərli "Xəzər axşamı" verilişində bildirib.

O, bu səbəbdən bacısının proqrama gələ bilmədiyini qeyd edib:

"Bacımın başına iş gəldiyi üçün verilişə qatıla bilmədi. Evindən 16 min manat pul oğurlanıb. Artıq polisə müraciət ediblər. Bayaq orada olduğu üçün verilişə gələ bilməyəcəyini dedi"./unikal/



Xəbər xətti