Xətaidə ağacların kəsilməsi ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

18:11 8 May 2026

Xətai rayonu, Xudu Məmmədov küçəsi 22 ünvanında ağacların məhv edildiyi ilə bağlı 8 may 2026-cı il tarixində yayılan məlumat hələ 1 may 2026-cı il tarixində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı aşkar olunmuş və faktla bağlı akt tərtib olunmuşdu.

Bu sözləri Sitat.info-ya açıqlamasında İdarənin rəisi Qafar Ağayev bildirib.

O qeyd edib ki, aparılan araşdırma zamanı sözügedən ünvanda 6 ağacın məhv edildiyi və təbiətə 9600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilib. 

“Ərazidəki mövcud yaşıllıqlar qeydiyyata alınaraq onlara identifikasiya etiketi vurulub. Məhv edilmiş ağacların əvəzinə yenilərinin əkilməsi üçün Xətai Rayon İcra Hakimiyyətinə və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub”.

Qeyd edək ki, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə də müraciət etdik. Lakin qurumdan sorğumuza cavab verilmədi, 

Məğrur,

Sitat.info



Xəbər xətti