"MV Hondius” kruiz gəmisində hantavirus ilə bağlı qeydə alınan yoluxmalar dünyada yenidən COVID dövrünün qorxu və narahatlıqlarını gündəmə gətirib.
Sitat.info xəbər verir ki, gəmidə 11 nəfərdə hantavirus aşkarlanıb, onlardan 3-ü həyatını itirib. Onlarla sərnişin isə müxtəlif ölkələrə qayıtdıqdan sonra nəzarətdə saxlanılır.
Mütəxəssislər bildirirlər ki, hantavirus yeni virus deyil və pandemiyaya çevrilmə ehtimalı aşağıdır. Bununla belə, sosial şəbəkələrdə virusla bağlı təşviş, saxta məlumatlar və konspirasiya nəzəriyyələri sürətlə yayılır.
Ümumdünya Səhiyyə Təşkilatı virusun COVID qədər təhlükəli olmadığını vurğulayaraq, ictimai riskin aşağı səviyyədə qaldığını açıqlayıb. Qurumun rəhbəri Tedros Adanom Qebreyesus xüsusi müraciətində “bu, yeni COVID deyil” mesajını verib.
Ekspertlər hesab edir ki, kruiz gəmisində baş verən hadisə insanlarda 2020-ci ildəki COVID böhranını xatırlatdığı üçün emosional reaksiyaları artırıb.
Aytac,
Sitat.info