Tramp Netanyahunun Livanla bağlı mövqeyindən narazı qaldığını etiraf edib.
Sitat.info xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp podkast müsahibəsində İsrailin Baş naziri Benjamin Netanyahu ilə Livan məsələsi ətrafında sərt fikir ayrılığı yaşadığını etiraf edib.
“Ona qəzəbli olduğumu deməzdim. Sadəcə, onun Livanla davamlı qarşıdurma aparmasından narahatam”, – Tramp “Pod Force One” podkastında bildirib.
Bununla belə, Tramp əlavə edib ki, Netanyahu ilə münasibətləri yaxşıdır və onlar bir-biriləri ilə yaxşı anlaşırlar.
Nigar,
Sitat.info