Fransada Fələstinə dəstək aksiyalarında iştirak edən tələbələr polis müdaxilələrinin, cərimələrin və intizam tədbirlərinin artdığını bildirirlər.
Sitat.info xəbər verir ki, tələbələrin sözlərinə görə, 2023-cü ilin oktyabrından Qəzzada davam edən müharibə fonunda keçirilən etiraz aksiyalarına görə yüzlərlə gənc müxtəlif sanksiyalarla üzləşib.
Parisdəki "Sorbonne University" tələbələri xüsusilə aprel ayında universitetlərdə anti-sionist mövqelərin cəzalandırılmasını nəzərdə tutan “Yadan” qanun layihəsinə qarşı keçirilən aksiyalarda polis müdaxiləsinin sərt olduğunu bildiriblər. Həmin aksiyalar zamanı 4 tələbə saxlanılıb, 70-dən çox iştirakçı isə 400 avro cərimələnib. Sonradan qanun layihəsi geri çəkilib.
Tələbə fəalları universitetlərin İsrail qurumları və silah şirkətləri ilə əməkdaşlığının dayandırılmasını tələb etdiklərini vurğulayıblar. Onların sözlərinə görə, Fələstinə dəstək verən tələbələrə qarşı təzyiqlər son illərdə görünməmiş həddə çatıb.
Tələbə təşkilatlarının nümayəndələri polis əməkdaşlarını sərt davranışda və etirazçıları qorxutmaqda ittiham edərək, Fələstin xalqına dəstək aksiyalarını davam etdirəcəklərini bəyan ediblər.
Aytac,
Sitat.info