Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

17:33 16 İyun 2026

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
 
Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya  verilən məlumata görə, iyunun 17-18-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
 
Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Kəlbəcər, Naftalan, Sabirabad, Salyan, Şirvan, Qobustan, Neftçala, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.



Xəbər xətti