Fərhad Mehdiyevin qızı faciəvi şəkildə öldü

22:52 16 İyun 2026

Tanınmış vəkil Fərhad Mehdiyev ağır itki ilə üzləşib.

Sitat.info  Xitab24.az-a istinadən xəbər verir ki, hüquqşunasın qızı bu gün Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.

Məlumata görə, F.Mehdiyevin qızının idarə etdiyi motosiklet "Mersedes" markalı avtomobillə toqquşub.

Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə baş verən an Fərhad Mehdiyev mediasiya prosesində imiş.



Xəbər xətti