İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin viza ala bilmədiyi üçün ABŞ səfərini ləğv etmək məcburiyyətində qalıb.
Sitat.info xəbər verir ki, "Haaretz" qəzetinin xəbərinə görə, Ben-Qvir israilli iş adamı Yaakov Elhararın qızının toyunda iştirak etmək və diplomatik görüş keçirmək məqsədilə ABŞ səfirliyinə viza müraciəti edib.
Məlumata əsasən, ABŞ səfirliyi Ben-Qviri viza prosedurları çərçivəsində barmaq izi verməyə dəvət etdikdən sonra o, ABŞ-a səfərini ləğv edib.
İsrail mətbuatı qeyd edir ki, Ben-Qvir digər nazirlər kimi diplomatik viza almaq hüququna malik olsa da, ABŞ səfirliyi qeyri-adi prosedur tətbiq edərək ondan barmaq izi tələb edib.
Ben-Qvirin ofisindən verilən açıqlamada da ABŞ-ın İsraildəki səfirliyinin viza üçün barmaq izi istədiyi təsdiqlənib.
Aytac,
Sitat.info