İsrail Qəzzada HƏMAS və "İslam cihadı" komandirlərinin öldürüldüyünü açıqladı

19:27 17 İyun 2026

İsrail Müdafiə Ordusu (IDF) ötən həftəsonu Qəzza zolağına endirilən zərbələr zamanı Fələstinin silahlı qruplaşmalarının iki komandirinin öldürüldüyünü açıqlayıb.
 
İsrail tərəfinin məlumatına görə, onların hər ikisi 2023-cü il oktyabrın 7-də İsrailə hücumlarda iştirak edib.
 
Belə ki, HƏMAS-ın taqım komandiri Məhəmməd Səid Əhməd Nimroti və "İslam cihadı" qruplaşmasının taqım komandiri Müaviyə Süleyman Zəkər Aydi öldürülüb.
 
HƏMAS və "İslam cihadı" hələlik bu açıqlamanı şərh etməyib.
 
///Report



Xəbər xətti