Üç gün ardıcıl İŞ OLMAYACAQ

22:46 17 İyun 2026

Gələn həftənin cümə günü Azərbaycanda 26 iyun – Silahlı Qüvvələr Günü qeyd olunacaq.

Sitat.info xəbər verir ki, sözügedən tarix qeyri-iş günü sayılan bayram günü hesab olunur.

Bundan əlavə, 27 və 28 iyun tarixləri şənbə-bazar günlərinə təsadüf edir. Beləliklə, növbəti həftə beş günlük iş həftəsində çalışanlar üçün üç gün ardıcıl iş olmayacaq.



Xəbər xətti