Şərurlu İsfəndiyar qazinin başına oyun açdı: "20 min borcu silib, 25 min yazdı..."

11:55 18 İyun 2026

Şərur MTK-nın rəhbəri Şərurulu İsfəndiyarla bağlı sosial şəbəkədə yayılan bir şikayət videosu izləyicilərin ciddi reaksiyasına və tənqidlərinə səbəb olub. 

Sitat.info xəbər verir ki, şikayətçi Qarabağ qazisi  keçmiş hərbçi Valeh Əhmədov  iş adamının onlara qarşı özbaşınalıq etdiyindən bəhs edib. 

Şikayətçinin sözlərinə görə, Şərurlu İsfəndiyar onun hərbçi dostuna 2 günlük gecikməyə görə 20 min manat cərimə yazıb: "Bir zabit yoldaş Şərur MTKdan ipoteka ilə ev alıb . Sonuncu ödənişi şənbə-bazarf günlərinə təsadüf etdiyindən iki günlük gecikmə olub. Bui iki günə görə, ona 20 min manat cərimə yazılıb. Bu abdurs bir haldır. Dedim gedək İsfəndiyar müəllim yanına, yəqin səhv olub, yoluna qoyacaq. Getdik, danışdıq, hərbçi olduğumuzu bildi və bizi dərhal qəbul elədi. Bildirdim ki, borc yazdığınız şəxs zabitdir, sərhədlərimizi qoruyanlardan biridir. Borc vərəqini aldı, nəsə yazdı. Biz həll olunduğunu düşdündü, təşəkkürümüzü bildirdik, minnətdarlıq etdik. Çox sevindik ki, cəmi bir dəqiqəyə məsələi həll etdi. Çıxdıq, mühasiblatlığa keçdik ki, cəriməni ödəyək. Xanım dedi k, 20 min AZN borcu silib, 25 min ANZ yazıb. Şok olduq..."

Həmin videonu təqdim edirik:

 

 



Xəbər xətti