Tovuzda dəmir yolu yeniləndi

13:23 18 İyun 2026

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib.

Bu barədə Sitat.info-ya  ADY-dən məlumat verilib.

Bildirilib ki, Ağstafa stansiyasında isə işlər tamamlanma mərhələsindədir.

Qeyd edilib ki, yenilənmiş kontakt şəbəkə sayəsində enerjidən səmərəli istifadə, hərəkət təhlükəsizliyi və sürətinin yüksəldilməsi, sərnişin və yük həcminin artırılması təmin ediləcək.



Xəbər xətti