Pezeşkianın ABŞ-la imzaladığı tarixi sənəd - FOTOSU yayıldı

15:13 18 İyun 2026

İranın dövlət xəbər agentliyi IRNA, İran prezidenti Məsud Pezeşkianın əlində ABŞ ilə imzalanmış memorandum tutduğu fotoşəkillərini yayımlayıb.

Sitat.info xəbər verir ki, fotoşəkillərin birində Pezeşkian ingilis dilində, digərində isə fars dilində iki ölkənin prezidentlərinin - özünün və ABŞ prezidenti Donald Trampın imzaları olan sənəd tutub.

18 iyun gecəsi İran və ABŞ 28 fevralda başlayan hərbi münaqişəyə son qoymağı hədəfləyən bir memorandum imzalayıblar.

Memorandum həmçinin ABŞ-ın dəniz blokadasını nə vaxt ləğv edəcəyi və İranın Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəyi vaxt cədvəlini də müəyyən edir.



Xəbər xətti