Sumqayıt şəhərində suyun verilişində məhdudiyyət yaranıb.
Sitat.info xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat verib.
Sakinlərin sözlərinə görə, şəhərin 18-ci mikrorayon ərazisində səhər saatlarından suyun verilişi dayandırılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, su xəttində qəza baş verib:
"Hazırda su xəttində qəzanın aradan qaldırılması istiqamətində təmir və bərpa işləri görülür. Axşama doğru işlər yekunlaşdırılacaq, daha sonra suyun verilməsi mərhələli şəkildə bərpa ediləcək".