İran-ABŞ müharibəsinin maliyyə hesabı bağlandı: Platforma dayandırıldı 

16:44 18 İyun 2026

Bu gün ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının maliyyə yükünü izləyən “Iran War Cost Tracker” platforması fəaliyyətini dayandırdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Platformanın məlumatına görə, ABŞ-İran müharibəsi ilə bağlı hesablanan ümumi xərclər 113,3 milyard dollara çatıb. Bununla bağlı onlayn sayğac artıq aktiv deyil.

Bildirilir ki, 2026-cı il fevralın 28-dən iyunun 16-dək davam edən və ümumilikdə 108 günü əhatə edən münaqişə dövrünə aid bütün məlumatlar arxiv formatında saxlanılacaq.

Platforma hərbi əməliyyatların büdcəyə təsirini, logistika, silah sistemləri, əməliyyat xərcləri və digər maliyyə göstəricilərini izləmək məqsədilə yaradılmışdı.

Aytac,

Sitat.info 
 



Xəbər xətti