İran və ABŞ arasında birbaşa danışıqlar başlayır

17:26 18 İyun 2026

İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu keçiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə “Al Arabiya” nəşri məlumat yayıb.

Məlumata görə, görüş zamanı İranın nüvə proqramı, bu ölkəyə qarşı sanksiyaların aradan qaldırılması, Tehranın dondurulmuş aktivlərinin qaytarılması, həmçinin Livanın “Hizbullah” hərəkatının fəaliyyəti ilə bağlı məsələlər müzakirə ediləcək.

Sürixdə keçiriləcəyi güman edilən danışıqlarda Qətər və Pakistan nümayəndələrinin iştirak edəcəyi, bəzi görüşlərdə isə Türkiyə və Səudiyyə Ərəbistanının da təmsil olunacağı bildirilir.



Xəbər xətti