60 yaşlı kişi kanalda batdı

17:38 18 İyun 2026

Ağdaş sakini kanalda boğularaq ölüb.

Sitat.info  xəbər verir ki, hadisə iyunun 17-si saat 10 radələrində rayonun Qarağan Şıxlar kəndində baş verib.Kənd sakini 1966-cı il təvəllüdlü Zahir Zakirov kəndin ərazisindən keçən Şirvan su kanalına düşüb.

Z.Zakirovun meyiti sudan çıxarılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

//Qafqazinfo



Xəbər xətti