Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb

18:12 18 İyun 2026

Cəlilabadda montyoru elektrik cərəyanı vurub.
 
Hadisə Mirzəli kəndi ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Məmmədov elektrik dirəyində təmir-bərpa işləri apararkən onu cərəyan vurub.
 
Xəsarətlər alan F.Məmmədov hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti