Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib

18:50 18 İyun 2026

Rusiya hücumlara cavab olaraq Ukraynadakı hədəflərə müntəzəm kütləvi zərbələr endirəcək.
 
Rusiya mediasının xəbərinə görə, bu barədə xarici işlər naziri Sergey Lavrov bildirib.
 
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin asılı olduğu hədəflər hücuma məruz qalacaq.
 
"İnanıram ki, bütün düzgün sözlər deyilib, amma sözlərin yetərli olmadığına çoxdan əminəm”, - Lavrov vurğulayıb.
 
Rusiya XİN rəhbəri Prezident Vladimir Putinin "Ukrayna ordusunun döyüş qabiliyyətinin birbaşa asılı olduğu hədəflərə müntəzəm olaraq kütləvi hücumlar edəcəyik” sözlərini xatırladıb.



Xəbər xətti