İspaniyanın "Real Madrid" klubu növbəti transferini reallaşdırıb.
Sitat.info xəbər verir ki, Madrid təmsilçisi İngiltərənin "Liverpul" klubunun və Fransa millisinin müdafiəçisi İbrahima Konateni heyətinə qatıb.
Tərəflər arasında imzalanan müqaviləyə əsasən, 25 yaşlı futbolçu 2030-cu il iyunun 30-dək "kral klubu"nun formasını geyinəcək.
Qeyd edək ki, Konate son illərdə "Liverpul"un əsas müdafiəçilərindən biri olub və komandanın uğurlarında mühüm rol oynayıb. "Real Madrid" rəhbərliyi bu transferlə müdafiə xəttini daha da gücləndirməyi hədəfləyir.