Ağ Ev ABŞ-İran arasında müvəqqəti müqavilənin surətini Konqresə təqdim edib.
Sitat.info xəbər verir ki, Reuters agentliyinin verdiyi məlumata görə, bu barədə Trampın İranla müvəqqəti müqavilə imzalamasından bir gün sonra məlumat verilib.
“İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında İslamabad Anlaşma Memorandumu” adlı sənəd Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlara dərhal və daimi son qoyulması barədə bəyanatla başlayır.
Sənəddə həmçinin ABŞ-ın İran limanlarına qarşı dəniz blokadasını 30 gün ərzində tamamilə dayandıracağı və İranın 60 gün ərzində Hörmüz boğazında ticarət gəmilərinin pulsuz təhlükəsiz keçidini təmin edəcəyi təsdiqlənib.
Vaşinqton və Tehran həmçinin 60 gün ərzində yekun müqavilə üzrə danışıqlar aparmaq öhdəliyi götürüblər və qarşılıqlı razılaşma ilə müddəti uzada biləcəklərini bildiriblər.
Aytac,
Sitat.info