Pentaqon İrana qarşı müharibə və digər xərclər üçün əlavə 80 milyard dollar istəyib.
Sitat.info xəbər verir ki, Wall Street Journal qəzetinin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı müharibə və digər əməliyyat xərclərini qarşılamaq üçün Konqresdən əlavə 80 milyard dollar büdcə tələb edib.
Mənbələr bildiriblər ki, vəsaitin bir hissəsi gəmi əməliyyatları, hərbi personalın maaşları və sursat xərclərinə yönəldiləcək. Həmçinin qeyd olunub ki, yeni büdcə qanunu qəbul edilməsə, Silahlı Qüvvələr yay əməliyyatlarının maliyyələşdirilməsində çətinliklə üzləşə bilər.
Xatırladaq ki, Pentaqon may ayında İranla müharibənin xərcini 29 milyard dollar qiymətləndirmişdi, lakin hazırda bu rəqəmin daha yüksək olduğu bildirilir.
Nigar,
Sitat.info