Netanyahu İsrail ordusunun Livanda qalacağına israr edir

19:26 19 İyun 2026

İsrail Livanın cənubunda yaradılan təhlükəsizlik zonasını tərk etməyəcək.
 
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
 
O, İsrail hərbçilərinin öldürülməsinə görə "Hizbullah”ın ağır bədəl ödəyəcəyini bildirib.
 
"Ərazimizə və əsgərlərimizə edilən hücumlara dözməyəcəyik. İsrail şimal bölgədəki icmaları qorumaq məqsədilə cənubi Livandakı təhlükəsizlik zonasında lazım olan qədər qalacaq”, - Netanyahu vurğulayıb.
 
Qeyd edək ki, bundan əvvəl müdafiə naziri İsrael Katz da İsrail ordusunun Livandan çıxmayacağını bəyan edib.



Xəbər xətti