“Sabah”ın futbolçusu Gürcüstan klubunda

19:38 19 İyun 2026

"Sabah" müdafiəçi Andrey Santosu icarəyə verib.
 
Sitat.info xəbər verir ki, Azərbaycan çempionu braziliyalı futbolçunu Gürcüstana göndərib.
Santos qonşu ölkənin "İberiya" klubuna yollanıb. 21 yaşlı mərkəz müdafiəçisi Gürcüstan çempionatında mövsüm başa çatana kimi Tbilisi klubunun formasını geyinəcək.
 
Qeyd edək ki, Andrey Santos 2025-ci ilin yayından "Sabah"da çıxış edir. Gənc futbolçu Masazır təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.
 
Rəşad Rafiqoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



Xəbər xətti