Atəşkəs elan ediləndən bəri Qəzzada 265 uşaq öldürülüb - UNICEF

08:38 20 İyun 2026

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder bildirib ki, 2025-ci ilin oktyabr ayında atəşkəs elan ediləndən bəri Qəzzada 265 fələstinli uşaq öldürülüb.

Sitat.info xəbər verir ki, Elder bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında İsrailin hücumları və blokadası altında olan Qəzzada vəziyyətlə bağlı şərhində deyib.

Qəzzada sözdə atəşkəsin fələstinli uşaqlar üçün qəddar və ölümcül bir illüziyaya çevrildiyini qeyd edən Elder deyib: "2025-ci ilin oktyabr ayında atəşkəs elan ediləndən bəri Qəzzada 265 fələstinli uşaq öldürülüb. Bu, absurd və dağıdıcı bir rəqəmdir. Orta hesabla, səkkiz aydan çoxdur ki, hər gün bir uşaq öldürülür."

Aytac,

Sitat.info



Xəbər xətti