Məşhur türkiyəli aktrisa meymun dişləməsindən ölüb?

10:31 20 İyun 2026

İyunun 15-də İstanbuldakı evində həyatını itirən məşhur türkiyəli aktısa, Ece İrtemin ölümündən bir həftə əvvəl Tailanda getdiyi və orada onu meymunun dişlədiyi məlum olub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, mütəxəssislərin meymun dişləmələrinin sepsisə (qan zəhərlənməsi) səbəb ola biləcəyini bildirməsindən sonra aktrisanın vəkili Uğur Gökkoy prokurorluğa ərizə təqdim edərək, ölüm səbəbi ilə bağlı meymun dişləməsi ehtimalının da araşdırılmasını istəyib:

"15 iyun 2026-cı ildə evində vəfat edən müvəkkilim Ece İrtemin sol qolunda 3 çapıq aşkar edilib və bundan sonra ailə üzvləri ilə söhbət əsnasında onun Tailanda səfəri zamanı meymun tərəfindən dişləndiyi müəyyən edilib. Bu məsələ ilə bağlı mütəxəssislərlə aparılan məsləhətləşmələrdə meymun dişləmələrinin sepsis (qan zəhərlənməsi) də daxil olmaqla, ölümcül nəticələrə səbəb ola biləcəyi məlum olub".



Xəbər xətti