Fransada təyyarə qəzaya uğradı: ölənlər var

12:51 20 İyun 2026

Fransanın qərbində yerləşən La-Bol bölgəsində turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.

Sitat.info xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Yanğınsöndürənlər hadisə yerinə çatdıqda hava gəmisi alovlar içində olub. Yanğının qarşısının alınması prosesinə 29 xüsusi texnika cəlb edilib.

Telekanal əlavə edib ki, hazırda qəzanın başvermə səbəbləri və həlak olan şəxslərin kimlikləri dəqiqləşdirilir.



Xəbər xətti