26 yaşlı gənc Qarabağ kanalında batdı

15:13 20 İyun 2026

Yevlax rayonunda bədbəxt hadisə baş verib.

Sitat.info-nun xəbərinə görə, hadisə Qarabağ kanalının Malbinəsi kəndindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 2000-ci il təvəllüdlü Nadirov Mahir Oruc oğlu kanalda batıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.

Hazırda nazirliyin axtarış-xilasetmə qrupu tərəfindən gəncin tapılması istiqamətində axtarış işləri aparılır.

Faktla bağlı araşdırma davam edir.

///Qafqazinfo



Xəbər xətti