İran ABŞ-dan İsrailə təsir göstərməsini və İsraillə Livan arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsini tələb edib. Tehran bildirib ki, əks halda Hörmüz boğazının bağlanması gündəmə gələ bilər.
Sitat.info xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Məlumata görə, İranın Hörmüz boğazını bağlayacağı ilə bağlı bəyanatı hələlik qüvvəyə minmiş rəsmi qərar deyil və daha çox siyasi-hərbi təzyiq vasitəsi kimi qiymətləndirilir.
Bununla belə, analitiklər hesab edirlər ki, belə bir mesajın məqsədi ABŞ-ı İsrail-Livan anlaşma memorandumunun birinci maddəsinin icrasına təsir göstərməyə məcbur etməkdir.
Qeyd olunur ki, son günlər səslənən qarşılıqlı sərt bəyanatlar regionda gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirib.
Aytac,
Sitat.info