İran və  ABŞ bu məsələlərdə razılığa gəldi

10:48 22 İyun 2026

İsveçrənin Burgenstok şəhərində İran və ABŞ nümayəndələri arasında keçirilən danışıqların birinci mərhələsi başa çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Tasnim News agentliyi Qətər və Pakistanın birgə bəyanatına istinadən məlumat yayıb. 

Pakistan və Qətərin vasitəçiliyi ilə keçirilən görüşlərin atmosferi bəyanatda “konstruktiv”, əldə olunan nəticələr isə “həvəsləndirici irəliləyiş” kimi qiymətləndirilib.

Məlumata görə, tərəflər siyasi nəzarəti həyata keçirəcək yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəliblər. Bildirilir ki, bu komitə nüvə proqramı, sanksiyalar, monitorinq və mübahisələrin həlli ilə bağlı fəaliyyət göstərəcək işçi qruplarının işinə nəzarət edəcək və onlardan mütəmadi hesabat alacaq.

Aytac,

Sitat.info

Bəyanata əsasən, tərəflər 60 gün ərzində yekun razılığa nail olmaq üçün yol xəritəsi üzərində də anlaşma əldə ediblər. Bu qərarın texniki danışıqların dərhal başlamasına imkan yaratdığı qeyd olunur.



Xəbər xətti