İranlı deputatdan Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq

11:02 22 İyun 2026

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ-İran danışıqları fonunda Hörmüz boğazı ilə bağlı sərt bəyanat verib.

Sitat.info xəbər verir ki, Əzizi X sosial şəbəkəsində paylaşımında bildirib ki, “siz təhdid edirsiniz, biz isə hərəkətə keçirik. Hörmüz boğazı nə sizin şəxsi kazinonuz, nə də müasir dəniz quldurlarının həyətidir. Bura İranın suveren sularıdır və son qərarı İran xalqı və onun cəsur silahlı qüvvələri verir”.

Qeyd edək ki, İranın şənbə günü regional atəşkəs mübahisələrinə cavab olaraq Hörmüz boğazını yenidən bağlayacağını elan etməsindən sonra bu strateji su yolundan keçid ciddi şəkildə məhdudlaşdırılıb.

İbrahim Əzizi İran parlamentində xarici siyasət məsələlərində ən sərt mövqeyi ilə tanınan siyasətçilərdən biridir. O, həm nüvə proqramı, həm də Hörmüz boğazı məsələsində dəfələrlə sərt çıxışları ilə diqqət çəkib.

Nigar,

Sitat.info

 



Xəbər xətti