Qətərin paytaxtı Doha şəhərinin şimalında yerləşən Ras Laffan Sənaye Bölgəsində zavodda partlayış baş verib.
Sitat.info xəbər verir ki, Qətər Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, partlayış texniki səbəbdən meydana gəlib.
Nazirlik daha sonra bildirib ki, partlayış nəticəsində qaz obyektində yaranan yanğın nəzarət altına alınıb. Açıqlamada sənaye bölgəsində təhlükəsizliyə təhdid yarada biləcək hər hansı sızmanın qeydə alınmadığı vurğulanıb.
Hadisə nəticəsində 54 nəfər yaralanıb. Hazırda itkin düşən 18 nəfərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Aytac,
Sitat.info