Pakistan Hindistanın Hind çayı ilə bağlı su razılaşmasını pozması nəticəsində ölkənin su təhlükəsizliyinə təhdid yaranarsa, müharibəyə başlaya biləcəyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib ki, su ehtiyatları milli təhlükəsizliyin bir hissəsidir və Hindistanın suyu “silah kimi istifadə etməsi” ilə bağlı sübutlar olarsa, İslamabad hərbi addımları nəzərdən keçirəcək.
Gərginlik 1960-cı ildə imzalanmış Hind suları müqaviləsinin Hindistan tərəfindən dayandırılmasından sonra artıb. Bu razılaşma iki ölkə arasında çay sularının bölüşdürülməsini tənzimləyirdi.
Hindistan daha əvvəl bəyan etmişdi ki, Pakistan sərhədyanı terror fəaliyyətinə dəstəyi dayandırmasa, 2028-ci ilə qədər Pakistana gedən Hind çayının suyunu tam dayandıra bilər.
Aprel ayında Kəşmirdə baş verən terror aktından sonra iki ölkə arasında hərbi gərginlik artmış, may ayında isə tərəflər atəşkəs elan etmişdi.
Nigar,
Sitat.info