Britaniyanın Baş naziri Keir Starmer istefa verdi

16:02 22 İyun 2026

Böyük Britaniyanın Baş naziri Keir Starmer vəzifəsindən istefa verdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Starmer qərarını keçirdiyi mətbuat konfransında elan edib.

O bildirib ki,  partiyasının rəhbərliyindən istefası üçün vaxtı müəyyənləşdirəcək: 

"Namizədliklərin irəli sürülməsi iyulun 9-da başlayacaq. Seçki prosesi başa çatana qədər vəzifəmi icra etməyə davam edəcəyəm", – deyə Starmer vurğulayıb.

Baş nazir çıxışı zamanı kövrək anlar da yaşayıb. O, ölkənin “ən böyük vəzifəsindən” ayrıldıqdan sonra vaxtının daha böyük hissəsini ailəsinə ayırmaq istədiyini deyib.

"Möhtəşəm həyat yoldaşım Vik üçün ola biləcəyim ən yaxşı ər olmaq istəyirəm. O, həm yaxşı, həm də çətin günlərdə daim yanımda olub. Qürur mənbəyim və göz bəbəyim olan övladlarıma da ola biləcəyim ən yaxşı ata olmaq istəyirəm", – deyən Starmer emosiyalarını saxlamaqda çətinlik çəkib.

 Çıxışdan sonra həyat yoldaşına sarılan Starmer daha sonra Baş nazir iqamətgahına qayıdıb.

Sitat.info 



Xəbər xətti