Ronaldoya qarşı üsyan böyüyür

19:24 22 İyun 2026

2026-cı il FİFA Dünya Kubokuna böyük ümidlərlə yollanan, lakin turnirə arzuolunmaz start verən Portuqaliya milli komandasında daxili böhran və gərginlik getdikcə dərinləşir. İlk matçda Konqo Demokratik Respublikası ilə heç-heçə edərək xal itirən komandada azarkeşlərin və ictimaiyyətin narazılığı pik həddə çatıb.
 
Sitat.info xəbər verir ki, portuqaliyalı futbolsevərlər komandanın kapitanı Kriştiano Ronaldonun nümayiş etdirdiyi zəif oyuna və qeyri-effektiv çıxışına kəskin reaksiya göstəriblər.
 
Sosial şəbəkələrdə ulduz futbolçunu tənqid atəşinə tutan yerli pərəstişkarlar onun artıq əvvəlki formasında olmadığını, milli komandanın ümumi oyun dinamikasına və sürətinə ciddi maneə törətdiyini vurğulayaraq, təcrübəli oyunçunu sözün əsl mənasında yerlə-yeksan ediblər.
 
Azarkeşlərin narazılığı fonunda millinin daxilindən gələn bəyanatlar da daxili nizam-intizamın və komanda ruhunun zədələndiyini göstərir. Qrupun ikinci turunda Özbəkistanla keçiriləcək taleyüklü qarşılaşma ərəfəsində mətbuat konfransında çıxış edən portuqaliyalı futbolçu Konseysau Ronaldonu hiddətləndirəcək fikirlər səsləndirib. O, oyunçuların Ronaldoya ötürmə vermək məcburiyyətində omadığını bildirib: "Kim yaxşı mövqedədirsə, ötürməni ona veririk”.
 
Komanda yoldaşının bu sözləri daxildəki böhranı daha da alovlandırıb. Son günlər kapitanı hədəf alan bu açıqlamalar 23 iyun tarixində keçiriləcək kritik Özbəkistan matçı öncəsi Portuqaliya düşərgəsindəki üsyan dalğasının idarəolunmaz səviyyəyə çatdığını sübut edir.



Xəbər xətti