Mərdəkanda dənizdə batan 4 gəncin - Fotosu

09:38 23 İyun 2026

 

Dünən Xəzər rayonu Mərdəkan çimərliyində 4 gənc batıb.

“Qafqazinfo”nun məlumatına görə, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam etdirilir.

Ölənlərdən 21 yaşlı Elnurla 19 yaşlı Elmar qardaşdır.

Faciəvi şəkildə ölən gənclərin fotolarını təqdim edirik:

 




 



Xəbər xətti