Texasda arı yüklü yük maşını aşdı: Milyonlarla arı ətrafa yayıldı

12:04 23 İyun 2026

ABŞ-nin Texas ştatında təxminən 400 arı pətəyi daşıyan yük maşınının aşması nəticəsində milyonlarla bal arısı əraziyə yayılıb.

Sitat.info xəbər verir ki, hadisədən sonra yollar bağlanıb, sakinlərə evdən çıxmamaq tövsiyə olunub. İlkin məlumata görə, arı sancması və ya ciddi xəsarət alan olmayıb.

Mütəxəssislər 400 pətəyin yalnız dörddə birinin xilas edilə biləcəyini bildirirlər. Arıların sağ qalması əsasən neçə ana arının sağ qalmasından asılıdır.

Qəzanın sürücünün skəskin döngəni keçmək istəyərkən qoşqunun aşması nəticəsində baş verdiyi bildirilir. Arıçıların fikrincə, bu hadisə sahə üçün ciddi maliyyə itkisinə səbəb olacaq.

Aytac,

Sitat.info



Xəbər xətti