Avropada həyəcan siqnalı: Temperatur 40 dərəcəni keçəcək

12:19 23 İyun 2026

Fransa, İspaniya, Almaniya, İtaliya və bir sıra Avropa ölkələrində güclü istilər səbəbindən qırmızı həyəcan elan olunub. Yaxın günlərdə bəzi bölgələrdə temperaturun 40-44 dərəcəyə çatacağı gözlənilir.

Sitat.info xəbər verir ki, Fransada yüzlərlə məktəb bağlanıb, Bordo şəhərində temperatur 42 dərəcə qeydə alınıb. Ölkənin cənubunda iki azyaşlı uşaq avtomobildə ölü tapılıb.

İspaniya, İtaliya, Almaniya, Böyük Britaniya və digər ölkələr də əhaliyə xəbərdarlıq edib. Almaniyada isti hava fonunda baş verən hadisələr nəticəsində 5 nəfər ölüb, Yunanıstanda isə meşə yanğınları başlayıb.

Mütəxəssislər bildirirlər ki, Afrikadan gələn isti hava kütlələri Avropada son illərin ən uzun və təhlükəli istilik dalğalarından birinə səbəb ola bilər. İqlim alimləri bu cür hadisələrin qlobal istiləşmə ilə əlaqəli olduğunu vurğulayırlar.

Nigar,

Sitat.info



Xəbər xətti