ABŞ-İran sazişi İsrail üçün strateji fəlakətə çevrilib - Financial Times

12:30 23 İyun 2026

ABŞ və İran arasında imzalanan memorandum İsrailin əsas tələblərini – İranın regiondakı müttəfiq qüvvələrinə dəstəyin dayandırılması və ballistik raket proqramının məhdudlaşdırılmasını əhatə etməyib.

Sitat.info xəbər verir ki, bu barədə Financial Times yazıb.

Nəşrə danışan keçmiş israilli məmur sazişi İsrail üçün “strateji fəlakət” adlandırıb və bildirib ki, ölkə artıq əvvəlki kimi ABŞ-la eyni mövqedə deyil.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Tehranla əldə etdiyi müvəqqəti razılaşma İsraildə narazılıq yaradıb. 

FT-nin məlumatına görə, Vaşinqtonun Livanda atəşkəsə nail olmaq cəhdləri də İsraildə etirazla qarşılanır. Ekspertlər hesab edirlər ki, İranla əldə olunan saziş qarşıdan gələn seçkilər ərəfəsində Netanyahuya ciddi siyasi zərbə vurub.

Nigar,

Sitat.info 

 



Xəbər xətti