Putinin sirrini ifşa edən jurnalist zəhərlənərək öldü

13:10 23 İyun 2026

Rusiya Prezidenti Vladimir Putin ilə olimpiya çempionu Alina Kabaeva arasında gizli münasibəti 2008-ci ildə ilk dəfə dünyaya açıqlayan rusiyalı jurnalist Qriqori Nekoroşev uzun illər siyasi mühacir kimi yaşadığı Latviyadakı evində zəhərlənmə nəticəsində vəfat edib.

Sitat.info xəbər verir ki, 2008-ci ildə Rusiya liderinin ən böyük sirri kimi təqdim olunan məlumatı ictimaiyyətə çatdıran Nekoroşev, Putinin olimpiya çempionu Alina Kabaeva ilə gizli münasibətdə olduğunu ilk dəfə gündəmə gətirmişdi. 

69 yaşlı Nekoroşev həmin dövrdə Putinin həyat yoldaşı Lyudmila Putina ilə boşanaraq Kabaeva ilə evlənməyi planlaşdırdığı barədə manşet dərc edən "Moskovski Korrespondent" qəzetinin baş redaktoru idi.

Məlumat yayımlandıqdan qısa müddət sonra qəzet bağlanıb, Nekoroşev isə Rusiyanı tərk edərək Latviyaya sığınıb.

Aytac,

Sitat.info 



Xəbər xətti