Starmer yaxşı insandır, amma problemləri var - Tramp

13:30 23 İyun 2026

Böyük Britaniyanın Baş naziri Keyr Starmerin əsas problemləri enerji və immiqrasiya siyasəti ilə bağlıdır.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Starmer çox yaxşı insandır:

“Starmer müəyyən mənada dostumdur. Onun iki problemi var, energetika və immiqrasiya. Həmçinin cinayətkarlıq. Amma ilk növbədə energetika və immiqrasiya”.



Xəbər xətti