ABŞ-nin Alyaska ştatının Sitka şəhərində ABŞ Sahil Mühafizəsinə məxsus helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində helikopterdə olan 4 nəfərin sağ qaldığı bildirilib.
ABŞ Dəniz İnstitutunun yaydığı məlumata görə, MH-60 Jayhawk tipli Sahil Mühafizəsi helikopteri Sitka Sahil Mühafizəsi Hava Bazasının ərazisində həyata keçirilən təlim uçuşu zamanı qəzaya uğrayıb.
Sahil Mühafizəsinin rəsmiləri tərəfindən verilən açıqlamada qeyd olunub ki, helikopterin dörd nəfərdən ibarət ekipajı xilas edilərək yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Məlumatda hadisə nəticəsində ölənlərin olmadığı vurğulanıb. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə rəsmi araşdırmaya başlanıldığı bildirilib.