Ukrayna ordusu Krımdakı vacib körpünü darmadağın etdi

16:06 23 İyun 2026

Ukrayna ordusu Krımdakı Şimali Krım kanalı üzərindəki dəmir yolu körpüsünü partladıb.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyatlar Xidməti məlumat yayıb.

“Krımdakı Şimali Krım kanalı üzərindəki dəmir yolu körpüsü artıq mövcud deyil”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, körpü Krım yarımadasını Ukraynanın materik hissəsi ilə birləşdirir.



Xəbər xətti