“Zirə” portuqaliyalı futbolçu aldı

17:50 23 İyun 2026

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Sitat.info xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Klub Da Silva Tavareş Vieranı (Vierinya) heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Viseu”, “Espinyo”, “San Jo de Ver”, “Beyra Mar” və Kiprin “Olimpiakos”(Nikosiya) klublarında çıxış edib.



Xəbər xətti