Əfqanıstan Talibanının (terror təşkilatı kimi tanınan hərəkat) nümayəndə heyəti Brüsseldə Avropa Komissiyasının nümayəndələri ilə görüş keçirib. Sitat.info xəbər verir ki, “Reuters” bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qahar Bəlxiyə istinadən məlumat yayıb.
Görüş bağlı qapılar arxasında keçirilib. Əfqan diplomatın sözlərinə görə, müzakirələrdə əsas diqqət “konsulluq məsələləri”, xüsusilə də Avropa İttifaqında əfqanlar üçün konsulluq xidmətlərinin bərpası imkanları olub.