Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovla görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat yayılıb.
Türkiyə XİN-də baş tutan görüşdə ölkələr arasında əməkdaşlıq və regional məsələlərin müzakirə olunduğu bildirilib.