ŞOK AÇIQLAMA: MAQATE İrana qayıdır – Nüvə obyektləri yoxlanılacaq

10:04 24 İyun 2026

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Grossi agentliyin müfəttişlərinin İranın nüvə zənginləşdirmə obyektlərində yenidən yoxlamalar aparacağını bildirib.

Sitat.info xəbər verir ki, Qrossi Tokioda jurnalistlərə açıqlamasında yoxlamaların vaxtının dəqiq məlum olmadığını bildirib.

Qeyd edək ki, son günlər ABŞ və İran rəsmilərinin Tehranın nüvə proqramına beynəlxalq nəzarətlə bağlı açıqlamaları bir-biri ilə ziddiyyət təşkil edir. ABŞ-ın vitse-prezidenti  İranın MAQATE müfəttişlərini ölkəyə yenidən dəvət etməyə razılıq verdiyini iddia edib.

Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmaeil Baghaei bu iddianı rədd edərək, Tehranın Qrossi ilə görüş keçirmədiyini və yoxlamaların bərpası ilə bağlı konkret cədvəlin müəyyənləşdirilmədiyini bildirib.

Beləliklə, tərəflərin fərqli mövqelərinə baxmayaraq, MAQATE rəhbərliyi İranın nüvə obyektlərində beynəlxalq yoxlamaların yenidən həyata keçiriləcəyinə əmin olduğunu vurğulayır.

Aytac,

Sitat.info



Xəbər xətti