ABŞ Prezidenti Donald Tramp bildirib ki, iri neft şirkətlərinin neft üçün ödədikləri xərclər kəskin şəkildə azalsa da, bunu benzin qiymətlərinə lazımi səviyyədə əks etdirmirlər.
Sitat.info xəbər verir ki, Tramp bunu sosial şəbəkə hesabında paylaşıb.
“Mən Ədliyyə Nazirliyinə bu məsələni dərhal araşdırmağı tapşırmışam. Benzinin qiymətləri gördüyümdən daha sürətlə aşağı düşməlidir!”
Tramp dəfələrlə bəyan edib ki, İranla münaqişə başa çatdıqdan və Hörmüz boğazı yenidən açıldıqdan sonra yanacaq qiymətləri kəskin şəkildə ucuzlaşacaq. ABŞ-İran anlaşma memorandumunun imzalanmasından sonra qiymətlərdə müəyyən enmə müşahidə olunsa da, bəzi ekspertlər istehlakçılar üçün qiymətlərin müharibədən əvvəlki səviyyəyə qayıtmasının aylar çəkə biləcəyini bildirirlər.
Nigar,
Sitat.info