2026-cı ilin sentyabr ayına planlaşdırılan Rusiya Dövlət Duması seçkilərinin təxirə salınması məsələsi müzakirə olunmur.
Sitat.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Seçkilərə hazırlıq işləri davam edir. Onlar prezidentin fərmanı ilə elan edilib”, - o bildirib.
Qeyd edək ki, bundan əvvəl “Meduza” saytı FTX rəhbərliyi və Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotovun Rusiya Prezidenti Vladimir Putini seçkilərin keçirilmə tarixini təxirə salmasına çalışdıqları barədə məlumat yaymışdı.